KOMPÜTERIN ROLU



          
  Bir gün informatika müəlliməmiz bizƏ dedi:        
  -Uşaqlar gəlin sizinlə birlıkdə “İnsan və Kompüter”mövzusunda bir layihə hazırlayaq.Müəlliməmiz bizə layihənin adını deyəndə çox sevindik. Bu mövzu bizi həmişə düşündürmüşdü. Kompüterin həyatımızdakı rolu, onun insanlara faydası və zərəri, onun zərərindən necə xilas olmanın yolları, Virus proqramları, hakerlər, gələcəyin kompüterlərinin necə olcağı  bizi çox maraqlan dırırdı.  Layihənin hazırlanması üçün müəllim bizə 14 gün vaxt verdi. 
        Araşdırılmalı suallar:
 Kompüterin tətbiq sahələri və  insan həyatındakı rolu haqqında  məlumat toplamaq. Gələcəyin kompüterlərini necə təsəvvür edirsən?
İKT-nin və İnternetin həyatımızdakı rolu haqqında məlumat toplayın və bloq yaradın.
Kompüterin zərəri haqqındada araşdırma aparmaq və məlumat toplamaq.
Kompüterin olmamasının həyatımzda nələrə səbəb ola biləcəyini  müəyyənləşdirin və təqdimat hazırlayın. 









                 
                             
Biz hazırladığımız layihəni müəllimə təqdim etdik.

  Bəşəriyyətin ən böyük kəşflərindən biri də kompüter oldu. Müasir kompüter texnikasının yaranma tarixi 1946-cı ildən hesablanır. Müəyyən inkişaf mərhələlərindən keçən bu texnika 1980-ci illərdən başlayaraq iş yerlərinə yol açmış, 1990-cı illərdən isə evlərə girmişdir. Kompüter biliklərinin olması çağdaş dövrümüzdə çox vacibdir .    Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur .  Yeni texnologilayar həyatımızın çox mühüm bir hissəsinə çevrilib və müasir cəmiyyətimizi onlarsız təsəvvür ütmək mümkün deyil. Müasir uşaqlar televizor, video, kompüter və mobil cihazlarla çox sıx təmasdadırlar. Əvvəlki nəsillər informasiyanı kitablardan alırdı, hazırda isə informasiya alma mənbələri     əsasən televizor və kompüterdir.
                                                                                                                   
Artıq kompüter bizim üçün çox önəmli olub. Biz bu günümüzü kompütersiz təsəvvür edə bilmərik.Hətta kompüter olmasa bir çox müəssisələr işləməz. İstifadə etdiyimiz bəzi saytlar və sosial şəbəkələr artüq bizim yaşam tərzimizə çevrilib. Kompüter dostlarımızla yazışmaq, uzaq ölkələrdə yaşayan tanışlarımızla əlaqə saxlamaq  üçün çox əlverişlidir.Kompüterin faydalı xüsusiyyətlərindən biri də istədiyimiz məlumatı toplaya bilməyimizdir.      
INTERNETIN FAYDASI 
 Təhsil: İnternet bu gün elm dəryasıdır, bilik okeanıdır. Hər bir şey haqda internetdə bilgi tapmaq mümkündür. Kompüter çox asan, təsirli və ucuz təhsil verən bir vasitədir. Bunun vasitəsilə uşaqların yaradıcı bacarıqları inkişaf edir.
Kompüter bütün uşaqlar, istər qüsurlu, istər qüsursuz uşaqlar üçün nizamlana bilir. Bu da eşitmə, duyma, qavrama problemləri olan uşaqlar üçün ən yaxın dostdur. Kompüterlər, bu cür uşaqların özlərinə olan inam və hörmətlərini inkişaf etdirir və gerçək dünyaya inteqrasiya olmalarını asanlaşdırır.
Özünüifadə etmə: İnternet mühiti qədər heç bir vasitə insanlar üçün sərbəst fikir yürütmək azadlığı vermir. Müxtəlif  qrupların yaratdığı forumlarda siz özünüzü ifadə edə bilmə davranışı qazanır, tolerantlığı, məsələlərə müxtəlif bucaqdan baxma qabiliyyətini öyrənirsiz.
Əyləncə: İnsan üçün mümkün olan bütün əyləncə 
növlərini demək olar ki, virtual dünyada tapmaq mümkündür.
Film, musiqi, oyun, chat və s. insanlara qeyri-adi mühit yaradır. Şəkil, fotoşəkil, film kimi sənət sahələri ilə, incəsənətlə məşğul olanlar üçün gözəl tətbiq sahəsidir. 

Конец формы

Yorumlar

Bu blogdaki popüler yayınlar

komputerin faydaları