komputerin faydaları
Bəşəriyyətin ən böyük kəşflərindən biri də kompüter oldu. Müasir kompüter texnikasının yaranma tarixi 1946-cı ildən hesablanır. Müəyyən inkişaf mərhələlərindən keçən bu texnika 1980-ci illərdən başlayaraq iş yerlərinə yol açmış, 1990-cı illərdən isə evlərə girmişdir. Kompüter biliklərinin olması çağdaş dövrümüzdə çox vacibdir . Texnologiyanın sürətlə inkişafı və hər gün yeniliklərin olması insanların masa arxasında daha çox vaxt keçirməsinə səbəb olur . Yeni texnologilayar həyatımızın çox mühüm bir hissəsinə çevrilib və müasir cəmiyyətimizi onlarsız təsəvvür ütmək mümkün deyil. Müasir uşaqlar televizor, video, kompüter və mobil cihazlarla çox sıx təmasdadırlar. Əvvəlki nəsillər informasiyanı kitablardan alırdı, hazırda isə informasiya alma mənbələri əsasən televizor və kompüterdir.
Artıq kompüter bizim üçün çox önəmli olub. Biz bu günümüzü kompütersiz təsəvvür edə bilmərik.Hətta kompüter olmasa bir çox müəssisələr işləməz. İstifadə etdiyimiz bəzi saytlar və sosial şəbəkələr artüq bizim yaşam tərzimizə çevrilib. Kompüter dostlarımızla yazışmaq, uzaq ölkələrdə yaşayan tanışlarımızla əlaqə saxlamaq üçün çox əlverişlidir.Kompüterin faydalı xüsusiyyətlərindən biri də istədiyimiz məlumatı toplaya bilməyimizdir.
INTERNETIN FAYDASI
Təhsil: İnternet bu gün elm dəryasıdır, bilik okeanıdır. Hər bir şey haqda internetdə bilgi tapmaq mümkündür. Kompüter çox asan, təsirli və ucuz təhsil verən bir vasitədir. Bunun vasitəsilə uşaqların yaradıcı bacarıqları inkişaf edir.
Kompüter bütün uşaqlar, istər qüsurlu, istər qüsursuz uşaqlar üçün nizamlana bilir. Bu da eşitmə, duyma, qavrama problemləri olan uşaqlar üçün ən yaxın dostdur. Kompüterlər, bu cür uşaqların özlərinə olan inam və hörmətlərini inkişaf etdirir və gerçək dünyaya inteqrasiya olmalarını asanlaşdırır.
Kompüter bütün uşaqlar, istər qüsurlu, istər qüsursuz uşaqlar üçün nizamlana bilir. Bu da eşitmə, duyma, qavrama problemləri olan uşaqlar üçün ən yaxın dostdur. Kompüterlər, bu cür uşaqların özlərinə olan inam və hörmətlərini inkişaf etdirir və gerçək dünyaya inteqrasiya olmalarını asanlaşdırır.
Özünüifadə etmə: İnternet mühiti qədər heç bir vasitə insanlar üçün sərbəst fikir yürütmək azadlığı vermir. Müxtəlif qrupların yaratdığı forumlarda siz özünüzü ifadə edə bilmə davranışı qazanır, tolerantlığı, məsələlərə müxtəlif bucaqdan baxma qabiliyyətini öyrənirsiz.

növlərini demək olar ki, virtual dünyada tapmaq mümkündür. Film, musiqi, oyun, chat və s. insanlara qeyri-adi mühit yaradır. Şəkil, fotoşəkil, film kimi sənət sahələri ilə, incəsənətlə məşğul olanlar üçün gözəl tətbiq sahəsidir.
Yorumlar
Yorum Gönder